“Neftçi” yarımmüdafiəçisi Eddi İsrafilovla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 31 yaşlı futbolçu ilə müddəti başa çatmış müqaviləni yeniləməyə ehtiyac duyulmayıb.
Qeyd edək ki, 2022-ci ilin yanvarından “Neftçi”nin formasını geyinən İsrafilov bu müddət ərzində paytaxt təmsilçisinin heyətində 71 oyuna çıxıb. O, bu oyunlarda 7 qola imza atıb.