Malta mətbuatı "Hamrun Spartans" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la mümkün duelindən yazıb. Prosport.Az xəbər verir ki, "Allied Newspapers" portalı Ağdam təmsilçisinin güclü rəqib olduğunu vurğulayıb: "Hamrun Spartans" UEFA-nın elit turnirində ilk mərhələni keçə bilsə, II təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaq. Bu mənada "spartalılar"ı çətin vəzifə gözləyir. Cəbəllütariqin "Linkoln" klubu Malta çempionu ilə az-çox eyni səviyyədədir. Hamrun Spartans” Konfrans Liqasının qrupuna vəsiqə qazanmaq ümidlərini artırmaq üçün Çempionlar Liqasında II mərhələyə adlamalıdır. "Qarabağ" isə hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edən komandadır. Onlarla qarşılaşmaq "Hamrun Spartans" üçün ciddi sınaq ola bilər. Ötən mövsüm isə Azərbaycan nəhəngi Avropa Liqasında 1/8 finaladək irəliləyib". Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Hamrun Spartans" - "Linkoln" cütünün qalibi ilə qarşılaşacaq.