Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Qarabağ" – "Sabah" oyununda 38 penalti vuruldu – FOTOLAR + VİDEO
    21.06.2024 11:22:43

    AFFA U-15 Liqasının qalibi "Qarabağ" olub.

    Prosport.Az-ın xəbərinə görə, 21 iyunda “ASCO Arena”da 3-cü yer uğrunda oyun və final görüşü keçirilib. Bürünc mükafat uğrunda saat 11:00-da start götürən matçda “Sumqayıt” üzərində 4:2 hesablı qələbə qazanan “Neftçi” komandası yarışı 3-cü sırada tamamlayıb.

    Ardından saat 17:00-da başlayan final qarşılaşmasında “Qarabağ” və “Sabah“ komandaları üz-üzə gəlib. Müntəzəm çempionatı 1-ci və 2-ci yerdə başa vurmuş komandaların cari mövsümkü duellərində "Qarabağ" 2:1 və 2:0 qalib gəlmişdi. "Sabah" bu dəfə də "Qarabağ"ın müqavimətini qırmağı bacarmayıb.

    Matçın əsas (80 dəqiqə) və əlavə vaxtı (30 dəqiqə) 2:2 hesabı ilə başa çatıb. "Qarabağ"dan Eldar Abbasov və Kəmaləddin Cəfərli, "Sabah"dan Samir Şərifov və Nihat Şirinzadə fərqlənib. Matçın penaltilər seriyasında 18:17 hesablı qələbə qazanan “Qarabağ” çempion olub. “Sabah" 2, "Qarabağ" 1 penalti zərbəsini boşa verib. Ümumilikdə tərəflər 38 dəfə penalti zərbəsindən yararlanmaqla futbolda nadir görünən hala imza atıblar.

    Finaldan sonra komandalar medallar və diplomlarla təltif olunub. Həmçinin, fərdi nominasiyalar üzrə qaliblər mükafatlandırılıb. Mövsüm ərzində 38 qol vuran “Sabah”ın kapitanı Samir Şərifov ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın kapitanı Uğur Qurbanlı isə mövsümün ən yaxşı oyunçusu seçilib. "Neftçi"yə mükafatları AFFA Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov, qızıl və gümüş medalçılara AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim edib.

    View this post on Instagram

    A post shared by Prosport.Az (@prosport_az)

    Futbol

    U-20 yığmamız 2-ci oyunda İraqı üstələdi

    20.11.2026 18:02:08
    Akademiya

    Millimizin gücü Farer adalarına çatdı

    17.11.2026 21:47:10
    Futbol

    U-20 millimiz İraqın qapısına qol vura bilmədi

    17.11.2026 21:17:55
    Akademiya

    Azərbaycan - İraq: HEYƏTLƏR

    17.11.2026 18:13:52
    Futbol

    Millimiz seçmə mərhələni 1 xalla başa vurdu

    17.11.2026 15:52:25
    Futbol

    Bu futbol millimiz də 0:4 darmadağın oldu

    14.11.2026 22:01:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved