Azərbaycanın yunan-Roma güləşçisi Tatarıstanın paytaxtı Kazanda keçirilən BRICS Oyunlarında qızıl medal qazanıb.
Prosport.Az xəbər verir ki, Arif Niftullayev (97 kq) bütün rəqiblərini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Ziya Babaşov (63 kq) və Təvəkkül Həziyev (67 kq) gümüş, Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) bürünc medala sahib çıxıblar.