"Zirə" Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Şerif" klubu ilə qarşılaşacaq.
Prosport.Az xəbər verir ki, Tiraspol təmsilçisinin baş məşqçisi Yuri Qura klubun mətbuat xidmətinə açıqlama verib. O, Azərbaycan təmsilçisinin güclü rəqib olduğunu bildirib:
"Avropa Liqasında zəif komanda yoxdur. “Zirə” komandası ən ciddi rəqiblərdən biridir. Rəqib haqqında bircə söz deyə bilərəm: çox mütəşəkkil komandadır. "Zirə" çox qol vurmur, amma liqada az top buraxıb. Rəqib haqda daha ətraflı məlumat toplayacağıq. İndi səfər qolları heç bir rol oynamır. Yəni, ilk matçı harada keçirdiyinizi nəzərə alsaq, üstünlük və ya mənfi cəhətlərdən danışmağın mənası yoxdur. Bu fərq artıq yoxdur".