"Qarabağ"dan ayrılan Andrey Lunyovun "Dinamo"ya keçidi rəsmiləşib. Prosport.Az xəbər verir ki, bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb. Təcrübəli qapıçı "dinamoçular"la 2+1 illik müqaviləyə qol çəkib. Amma Lunyovun "Dinamo" ilə müqaviləsinin detalları barədə məlumat verilməyib. Onun Rusiya klubunda illik 900 min avro maaş alacağı dəqiqləşib.
"Qarabağ"dan ayrılan qapıçı yeni klubu ilə müqavilə bağladı

