Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Oğlum atasından da güclü futbolçu olacaq" – "Qarabağ"ın sabiq futbolçusu
    18.06.2024 09:48:51

    Millimizin və "Qarabağ"ın sabiq futbolçusu, hazırda II Liqada "Şahdağ Qusar"ın kapitanı olan Rahid Əmirquliyev üçün mövsüm uğurlu alındı. Əvvəlcə özü Qusar təmsilçisi ilə II Liqanın ilk bürünc medalını qazandı, daha sonra oğlu Ramil Əmirquliyev "Qarabağ"ın U-13 komandası ilə qızıl medala yiyələndi.

    Prosport.Az bu münasibətlə hazırda "Səbail"in U-19 komandasının məşqçisi də işləyən 34 yaşlı futbolçudan müsahibə götürüb.

    – Oğlunuzun komandası finalda "Neftçi"yə 1:0 qalib gələrək Azərbaycan çempionu oldu. Ata kimi təəssüratlarını öyrənərdik...
    – Çox maraqlı oyun keçdi. AFFA çox gözəl final təşkil etmişdi. “Neftçi” də çempionluğa layiq idi. Onlar da gözəl oyun sərgilədilər. Demək olar ki, eyni səviyyəli oyun getdi. Hər iki tərəf gözəl çıxış etdi. Ancaq “Qarabağ” qol vuraraq qalib gəldi. Çempionluq münasibəti ilə onları təbrik edirəm. Nə qədər belə maraqlı oyunlar olsa, futbolumuz bir o qədər inkişaf edər.

    – Ramilin oyunu barədə nə deyə bilərsiniz?
    – Hələ uşaqdırlar. İndidən nəsə qəti fikir bildirmək düzgün deyil. Lakin görünür ki, perspektivi var. İnşallah, atasından da güclü futbolçu olacaq.

    – Milliyə yeni baş məşqçi təyin olundu. Fernandu Santuşun milliyə nə qədər uğurlu olacağını düşünürsünüz?
    – İstərdim ki, milli üçün uğurlu olsun. Ancaq inanmağım gəlmir ki, bizə köməyi dəysin. Həm də onun yaşı da cavan deyil. Mən düşünürəm ki, onun əvəzinə yerli məşqçi təyin edilib, vaxt verilsəydi, pis olmazdı. Təki, mən yanılım. Amma inanmıram ki, hansısa yaxşı nəticə olsun.

    – "Şahdağ Qusar" komandası ilə II Liqada bürünc medalları qazandınız. Orada çıxışınızı davam etdirəcəksiniz?
    – Çox güman ki, komanda yenə II Liqada mübarizə aparacaq. Belə olsa, o zaman çıxışımı davam etdirəcəyəm. I Liqada oynamaq bir az mənə çətin olar. Onun üçün gərək daim məşq edim ki, formada qalım.  

    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Futbol

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved