“Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyovun “Zenit”ə transfer olunmaq istəyi reallaşmayıb.
Prosport.Az xəbər verir ki, buna səbəb onun tibbi baxışdan keçə bilməməsi olub.
Bunu Rusiya mətbuatına qapıçının sabiq meneceri Anton Smirnov açıqlayıb.
Andrey Lunyovun adı hazırda Moskva “Dinamo”su ilə də hallanır.
Qeyd edək ki, “Qarabağ”dan ayrıldıqdan sonra 32 yaşlı qolkiper sərbəst futbolçu statusunu daşıyır.

