Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Azərbaycanın iştirak etdiyi BRICS Oyunları nədir, kimlər yarışır? – ARAŞDIRMA
    14.06.2024 12:52:20

    Azərbaycanın Tatarıstanın paytaxtı Kazanda keçirilən BRICS Oyunlarında iştirak edəcək idmançılarının adları müəyyənləşib.

    Prosport.Az-ın araşdırmasına görə, Azərbaycan bu multiidman yarışında 10 idman növündə təmsil olunacaq. Akademik avarçəkmədə 2, kanoedə 2, cüdoda 14, stolüstü tennisdə 8, qılıncoynatmada 16, güləşdə 23, koreşdə (kəmər güləşi) 10, samboda 2, karatedə 2 və boksda 13 idmançı Azərbaycan adından çıxış edəcək. Ümumilikdə 92 idmançı Azərbaycan bayrağını qaldırmağa çalışacaq.

    Akademik avarçəkmə (13-16 iyun)
    1. Bəhmən Nəsiri
    2. Ziya Məmmədzadə

    Kanoe (19-22 iyun)
    3. Ceyhun Vəlixanov (kayak)
    4. Paşa Əsgərov (kanoe)

    Cüdo (21-22 iyun)
    5. Hüseyn Allahyarov (60 kq) 
    6. Rəşad Yelkiyev (66 kq) 
    7. Nəriman Mirzəyev (73 kq) 
    8. Məhərrəm İmamverdiyev (81 kq) 
    9. Musa Hüseynli (90 kq) 
    10. Hüseyn Dadaşov (100 kq) 
    11. Camal Feyziyev (+100 kq)
    12. Ramilə Əliyeva (48 kq) 
    13. Nuray Quliyeva (52 kq) 
    14. Nərgiz Hacıyeva (57 kq) 
    15. Leyla Hüseynova (63 kq) 
    16. Südabə Ağayeva (70 kq) 
    17. Nərmin Əmirli (78 kq) 
    18. Nigar Süleymanova (+78 kq)

    Stolüstü tennis (13-16 iyun)
    19. Zemfira Mikayılova 
    20. Ləman Abdulhəmidova 
    21. Mərziyyə Nurmətova 
    22. Aylin Əsgərova 
    23. Nihad Məmmədov 
    24. Vəzir Allahverdiyev 
    25. Rüstəm Hacılı
    26. Adil Əhmədzadə

    Qılıncoynatma (19-22 iyun)
    27. Valentina Zeynalova (sablya)
    28. Valeriya Bolşakova (sablya)
    29. Fərəh Abasova (sablya)
    30. Sevil Bünyatova (sablya)
    31. Saleh Məmmədov (sablya)
    32. Maqsud Hüseynli (sablya)
    33. Murad Əkbərov (sablya)
    34. Abbas Hüseynov (sablya)
    35. Xədicə Həsənli (şpaqa)
    36. Xatun Bayramova (şpaqa)
    37. Aynur Quliyeva (şpaqa)
    38. Nəzrin Mehdiyeva (şpaqa)
    39. Səid Əliyev (şpaqa)
    40. Vahab Fətullayev (şpaqa)
    41. Mirxətai Məmmədov (şpaqa)
    42. Emin Səfərbəyov (şpaqa)

    Güləş (17-20 iyun)
    Sərbəst güləş

    43. Mahir Məmmədzadə (57 kq)
    44. Ceyhun Allahverdiyev (61 kq)
    45. Murad Haqverdiyev (65 kq) 
    46. Cəbrayıl Hacıyev (74 kq)
    47. Orxan Abasov (79 kq)
    48. Səbuhi Əmiraslanov (86 kq)
    49. Şamil Zubairov (92 kq)
    50. Hacımurad Məhəmmədsəidov (97 kq)
    51. Ayxan Mərdanov (125 kq)
    Qadın güləşi
    52. Yasəmən Məcidli (50 kq) 
    53. Elnurə Məmmədova (53 kq)
    54. Gültəkin Şirinova (55 kq)
    55. Mərziyə Sadıqova (72 kq)
    Yunan-Roma güləşi
    56. Fərid Sadıxlı (55 kq)
    57. Vədat Qasımlı (60 kq)
    58. Ziya Babaşov (63 kq)
    59. Təvəkgül Həziyev (67 kq)
    60. Urfan Həsənli (72 kq)
    61. Kənan Abdullazadə (77 kq)
    62. Tuncay Vəzirzadə (82 kq)
    63. Məhəmməd Əhmədiyev (87 kq)
    64. Arif Niftullayev (97 kq)
    65. Sərxan Məmmədov (130 kq)

    Koreş (21 iyun)
    66. Ariz Hüseynov (60 kq)
    67. Elvin Eyvazov (65 kq)
    68. Cəsur Mehtiyev (70 kq)
    69. Nihad Rzayev (75 kq)
    70. Mehdi Hacıyev (80 kq)
    71. Xəlil Murzayev (85 kq)
    72. Şərif Abdullah (90 kq)
    73. Yolqulu Məmmədov (100 kq)
    74. Musa İsmayılov (130 kq)
    75. Xasay Yusifov (+130 kq)

    Sambo (13-14 iyun)
    76. Adil Adilzadə (79 kq)
    77. Rəsul Aydəmirov (98 kq)

    Karate (14-15 iyun)
    78. Mədinə Sadıqova (55 kq)
    79. Hüseyn Məmmədli (67 kq)

    Boks (19-22 iyun)
    80. Tural Sarıyev (48 kq)
    81. Məsud Yusifzadə (51 kq)
    82. Amin Məmmədzadə (54 kq)
    83. Ümid Rüstəmov (57 kq)
    84. Maqsud Xasmetov (60 kq)
    85. Ruslan Rüstəmov (63,5 kq)
    86. Nəbi İsgəndərov (67 kq)
    87. Cavid Çələbiyev (71 kq)
    88. Mirşərif Kazımzadə (75 kq)
    89. Fəqan Məmmədov (80 kq)
    90. Seyid Seyidov (86 kq)
    91. Vətən Hüseynli (92 kq)
    92. Yohannes Nuriyev (+92 kq)

    Qeyd edək ki, Azərbaycan multiidman yarışının akrobatik rok-n-roll, badminton, 2 mərhələli basketbol (ficital basketbol), boks, breykinq (breyk-dans), atçılıq, atletika, üzgüçülük, suya tullanma, sinxron üzgüçülük, idman gimnastikası, tennis, ağırlıqqaldırma, uşu, 2 mərhələli futbol (ficital futbol), bədii gimnastika və şahmat növlərində təmsil olunmayacaq.

    Bəs BRICS nə deməkdir, bu oyunlar nə zamandan keçirilir?

    BRICS – ingiliscə Brazil (Braziliya), Russia (Rusiya), India (Hindistan), China (Çin) və South Africa (CAR) ölkə adlarının baş hərfidir. Bu, 2009-cu ilin iyunun 16-da Rusiyanın Yekaterinburq şəhərində yaradılmış hökumətlərarası siyasi və iqtisadi təşkilatdır. Hazırda buraya İran, Misir, Efiopiya və BƏƏ də üzvdür. Bu 4 ölkə buraya yanvarın 1-dən qoşulub.

    İlk dəfə sınaq kimi 2016-cı ilin oktyabrında Hindistanın Qoa şəhərində 17 yaşadək futbolçular arasında turnir keçirilib. Ancaq ilk rəsmi BRICS Oyunları 2017-ci ildə Çinin Quançjou şəhərində təşkil olunub. Orada voleybol və uşunun taolu növü üzrə yarış baş tutub.

    1 il sonra II BRICS Oyunları CAR-ın Yohannesburq şəhərində olub. Burada voleybol (kişi/qadın) və futbol (qadın) üzrə yarış keçirilib. III BRICS Oyunları koronavirus səbəbindən 2022-ci ildə onlayn olub. Breyk-dans, şahmat və uşu üzrə onlayn formatda yarış keçirilib.

    IV BRICS Oyunları ötən ilin oktyabrında CAR-ın Durban şəhərində olub. Orada üzgüçülük, badminton, stolüstü tennis, tennis və çimərlik voleybolu yarışları təşkil edilib. Rusiyadakı yarış 5-ci sayılır və ilk dəfə bu qədər çox sayda idman növü proqrama daxildir.

    Bu üzv dövlətlərdən başqa, bir neçə ölkə də bu yarışlarda təmsil olunur. Ancaq müstəqilliyi cəmi 5 dövlət (Rusiya, Venesuela, Nikaraqua, Nauru, Suriya) tərəfindən tanınan, beynəlxalq müstəvidə Gürcüstanın ərazisi kimi bilinən Abxaziya və Cənubi Osetiyanın da burada təmsil olunduğunu qeyd edək.

    Yarış 12 gün (13-24 iyun) davam edəcək. 27 idman növü üzrə 90-a yaxın ölkənin iştirak etdiyi turnirdə 4751 idmançı 387 dəst medal uğrunda mübarizə aparır. Kazandakı 17 idman obyektində keçirilən yarışın idman səfirlərindən biri də Türkiyə futbol millisinin və "Rubin"in sabiq üzvü Gökdəniz Karadəniz də var.

    V BRICS Oyunlarının açılış mərasimi iyunun 12-də olub. Azərbaycan bayrağını avarçəkmə üzrə “Amber Oars” beynəlxalq reqatasının gümüş və bürünc mükafatçısı, “Prezident Kuboku 2015” beynəlxalq reqatasının qızıl mükafatçısı Ziya Məmmədzadə daşıyıb. 

    Səbuhi Musa

    Güləş

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08
    Güləş

    Hacı Əliyev dünya çempionatı ilə bağlı proqnozunu açıqladı

    20.07.2026 13:44:20
    Güləş

    Qadın güləşçimiz reytinq turnirində ilk dəfə medal qazandı

    17.07.2026 23:07:44
    Güləş

    Bakıda keçiriləcək dünya çempionatının biletləri satışda

    17.07.2026 13:09:46
    Güləş

    Reytinq turniri: 2 güləşçimiz medal qazandı

    17.07.2026 00:03:55
    Güləş

    Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı

    16.07.2026 11:16:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved