Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Uğursuzluğa görə heç vaxt sizi günahlandırmayacağam" – Fernandu Santuş
    13.06.2024 18:33:08

    "Ümumi proses haqda danışmğa vaxtımız olacaq. Mənə etimad göstərdikləri üçün AFFA rəhbərliyinə təşəkkür edirəm".

    Prosport.Az xəbər verir ki, bunu Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş təqdimat mərasimində deyib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

    "Danışıqlar prosesində AFFA-nın layihələrini, gələcəklə bağlı fikirlərini bilmək mənim üçün maraqlı oldu. Bu kimi məsələlər çox önəmli idi. Bu qarşılıqlı anlaşma gələcək layihələri birlikdə həyata keçirmək baxımından önəmli idi. Buradayamsa, deməli, AFFA rəhbərliyi layihənin həyata keçirilməsi üçün məni görmək istəyib. Bu bu günün və ya sabahın layihəsi deyil. Uzunmüddətli layihədir. Sizlərlə birlikdə böyük uğura nail olub, tarix yaza bilərik. Bunun üçün klublarla da birlikdə əl-ələ verib işləmək çox önəmlidir. İnanıram ki, mənimlə tarixi nəticələrə imza atacağıq. Ümid edirəm ki, Azərbaycan böyük yarışlara mənimlə birlikdə yollanacaq". 

    – Zəngin karyeraya maliksiniz. Azərbaycan yığması FIFA reytinqində 100-lükdə belə deyil. AFFA-nın təklifi nə dərəcədə cəlbedici oldu ki, qəbul etdiniz?
    – Cəlbedici təklif oldu. Ona görə də buradayam. Çalışacağıq ki, millini daha ön sıralara aparaq. Motivasiya da məhz bu oldu.

    – Azərbaycan millisini Gürcüstan kimi Avropa çempionatında görmək üçün nələr edəcəksiniz?
    – Doğrudur. Gürcüstan millisinin böyük miqyaslı turnirlərdə iştirakı da motivasiyadır. Qazaxıstan da Avropa çempionatına vəsiqə qazanmağa yaxın idi. Hədəf odur ki, 2028-ci ildə böyük miqyaslı turnirə vəsiqə qazanaq. Bunun üçün hər bir şərait var. Xalqın inamı, dəstəyi də çox önəmlidir. Uğur ani olaraq göydən düşmür. Uzunmüddətli layihələrlə həyata keçirilir. Təəssüf ki, əvvəlki seçmə mərhələlərdə bunun üçün cəhd edilib, amma alınmayıb. Mənim üçün də motivasiya odur ki, bunu dəyişim. Ümid edirəm ki, bu, bizdə alınacaq. Onu da qeyd edim ki, heyətimlə birlikdə Azərbaycanda yaşayacağıq. AFFA ilə layihəni həyata keçirmək üçün burada yaşayıb, öıkənin mədəniyyəti ilə də tanış olacağıq. Bizim işimiz gəlib oyunları yola verib, öz ölkəmizə qayıtmaq deyil. İşə ciddi yanaşmaq istəyirik. Ona görə də ailəmlə birlikdə burada yaşayacağam.

    – Müqaviləniz 3 illikdir. Bu layihəni həyata keçirmək üçün özünüzdə yetərli enerji hiss edirsiniz?
    – İşləmək üçün tam enerjiliyəm, kifayət qədər motivasiyam var. Bu layihəni həyata keçirmək istəyirik.

    – Millinin sizdən öncəki baş məşqçiləri daha çox müdafiəmeyilli futbol oynadıb. Bəs, sizin rəhbərliyinizdə millidən hücumameyilli futbol izləyə biləcəyik?
    – Əsas məqsəd qələbə qazanmaqdır. Bunun üçün yaxşı oynamaq lazımdır. Həm hücum etmək, həm müdafiə olunmağı bacarmaq lazımdır. Millinin son 2 oyununu izləmək fürsəti əldə etdim. Azərbaycana qarşı da oynamışıq, Bakıda da olmuşam. Azərbaycan millisini tanıyıram. Bir çox insan statistik göstəricilərə çox önəm verir. Amma mən buna diqqət yetirən deyiləm. Həm qol vurmaq, həm də müdafiə olunmaq lazımdır. Bu 2 məsələyə diqqət yetirmək lazımdır. Əsas məsələ qələbə qazanmaqdır. Təbii ki, yaxşı oyun da göstərmək lazımdır. Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Qələbə qazanmaqla yanaşı, insanlara cəlbedici futbol göstərmək istəyirəm. Təbii ki, biz azarkeşləri stadionlara cəlb etmək, qələbə qazanmaq üçün oynayacağıq. Həm də cəlbedici futbol oynamağa çalışacağıq.

    – Azərbaycan millisini seçməyinizdə "Beşiktaş" rəhbərliyinin, "Dəmirörən Holdinq" qrupunun rolu və ya hansısa vasitəçiliyi olub?
    – "Beşiktaş" rəhbərliyi ilə münasibətlərimiz yaxşıdır, prezidentlə də dost kimi qaldıq. Onların heç bir vasitəçiliyi olmayıb. Danışıqlar AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə olub. Aramızda olan danışıqlara əsasən, bu seçimi etmişəm.

    – Canni De Byazi uğursuz nəticələr olanda, millimizin zəif olduğunu bildirərək bəhanələr gətirirdi. Siz də belə edəcəksiniz?
    – Narahat olmayın, mən sizi heç vaxt günahlandırmayacağam. Əgər uğursuz nəticə varsa, məşqçi heyəti və futbolçular məsuliyyət daşıyır. Sizin nə günahınız var? Siz öz işinizi görürsünüz. Sizin fikirlərinizlə razıyıq, ya yox, bu, başqa məsələdir. Amma fikirlərinizə hörmətlə yanaşmalıyıq. Buraya iş görmək üçün gəlmişik, müəyyən hədəflərimiz var. Ümid edirəm ki, 2028-ci ildə hədəflərimizə çatacağıq. 

    – Türkiyə millisindən Avropa çempionatında hansı nəticəni gözləyirsiniz?
    – Bura müqavilə üçün yığışmışıq, amma soruşursunuzsa, deyərəm. Mənə elə gəlir ki, Türkiyə Avropa çempionatında uğurlu çıxış edəcək. Milli komandalarda çalışmışam. Növbəti dəfə yığmaya təyinat alıram. Ona görə də hansısa millini, məşqçilərin işini müzakirə etmək düzgün deyil.

    – Milli komandamızın 2 oyununu izləmisiniz. Hansı futbolçular diqqətinizi cəlb etdi?
    – Çox müsbət keyfiyyətlər gördüm. Texniki olaraq keyfiyyətli futbolçular var. Fərdi olaraq hansısa oyunçunu qeyd etmək istəməzdim. Düzdür, bəzi oyunlarda fərdi keyfiyyətlər oyunun taleyini həll edə bilər, amma futbol kollektiv oyundur. Kollektiv oyun yaxşı olduqca, nəticə əldə olunur. İyunun 28-də yenidən Bakıya gələcək, legionerlərimizi izləyəcək və yerli liqaya baxacağıq, avrokuboklarda oynayacaq Azərbaycan klublarını diqqətdə saxlayacağıq. Futbolçularla işləyə-işləyə onları daha yaxından tanıyacağıq.

    – Uğurlu nəticə qazanmağınız üçün ən yaxın vaxt hansıdır?
    – Mümkün qədər tez etməyə çalışacağıq. Amma ortada acı reallıq var. Yaxşı nəticə qazanmaq üçün bütün şərtləri nəzərə almaq lazımdır. Ən qısa müddətdə uğurlu nəticə qazanmaq istəyərik. Ortada statistika var. Burada saxta bir şey deməyə gərək yoxdur, reallıq var. Çalışacağıq ki, daha qısa müddətdə uğur qazanaq.

    – Azərbaycan futbolunda tətbiq etmək istədiyiniz strategiya bəllidir? 4 il bunu reallaşdırmağa bəs edəcək?
    – Danışıqlar zamanı da qərara gəldik ki, 4 il həm strategiyamızı, həm də istədiyimizi reallaşdırmaq üçün yetərlidir. Həm Azərbaycan xalqının, həm də AFFA-nın istədiklərini yerinə yetirmək üçün kifayətdir.

    Futbol

    I Liqa təmsilçisi yeni transferini açıqladı

    29.07.2026 11:56:18
    Futbol

    "Kəpəz" Qətər klubuna qarşı

    29.07.2026 11:37:55
    Futbol

    Püşk atıldı: "Qarabağ" və "Neftçi"nin rəqibləri bilindi

    29.07.2026 11:01:12
    Futbol

    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

    29.07.2026 10:00:45
    Futbol

    "Sabah"dan UEFA reytinqinə maksimum töhfə

    28.07.2026 23:13:35
    Futbol

    "Sabah" və Mikels "10"a çatdı

    28.07.2026 22:46:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İdmançımız Qahirədə qızıl medal qazandı

    29.07.2026 12:10:13

    I Liqa təmsilçisi yeni transferini açıqladı

    29.07.2026 11:56:18

    "Kəpəz" Qətər klubuna qarşı

    29.07.2026 11:37:55

    Püşk atıldı: "Qarabağ" və "Neftçi"nin rəqibləri bilindi

    29.07.2026 11:01:12

    Dünya çempionatı: Qız güləşçilərimiz mübarizəyə başlayır

    29.07.2026 10:34:20

    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

    29.07.2026 10:00:45

    Gəncə klubu ABŞ-li baş məşqçiyə tapşırıldı

    28.07.2026 23:42:37

    "Sabah"dan UEFA reytinqinə maksimum töhfə

    28.07.2026 23:13:35

    "Sabah" və Mikels "10"a çatdı

    28.07.2026 22:46:27

    Tarixdə ilk, Azərbaycanda 4-cü

    28.07.2026 22:13:06

    "Bu, tarixi nailiyyətdir, həqiqətən qürur duyuram" - Valdas Dambrauskas

    28.07.2026 21:29:39

    "Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsində - VİDEO

    28.07.2026 20:58:08

    “Məğlub olsam da, həvəsdən düşməyəcəyəm” – İsfahan Həsənov

    28.07.2026 20:53:39

    Yunan-Roma güləşçilərimiz Bakıda dünya çempionatına 3 medalla başladı

    28.07.2026 20:21:06

    "20 yaşım olanda da Bakıda olmuşam" – Ermənistan millisinin baş məşqçisi

    28.07.2026 19:34:55
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved