"Turan Tovuz"un türkmənistanlı baş məşqçisi Qurban Berdıyevlə müqavilə bağlayacağı tarix müəyyənləşib.
Prosport.Az xəbər verir ki, bu barədə "RİA Novosti"yə "Turan Tovuz" klubunun İdarə Heyətinin üzvü Əli Balakişiyev məlumat verib.
71 yaşlı mütəxəssis iyunun 18-də Bakıya gələcək və həmin gün onunla müqavilə bağlanacaq.
Qeyd edək ki, Qurban Berdiyev sonuncu dəfə ötən il Rusiyanın "Dinamo" (Mahaçqala) klubunu çalışdırıb.

