“Təəssüf ki, əlimizə düşən şanslardan istifadə edə bilmədik”.
Prosport.Az xəbər verir ki, bunu Qazaxıstan millisinin futbolçusu Abat Ayımbetov deyib.
28 yaşlı hücumçu Azərbaycana 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib: “Hər bir oyunçu yığmada qol vurmağı arzulayır. Yoldaşlıq matçı və ya rəsmi matç fərq etmir. Qol vurmağa çalışdım, amma bəxtim gətirmədi. Şadam ki, məhsuldar ötürmə ilə yadda qaldım. Təəssüf ki, məğlub olduq. Təxminən 60-cı dəqiqədən geri çəkildik. Asan oyun deyildi. Matçı analiz edəcəyik. Fikrimcə, Azərbaycan qalib gələ biləcəyimiz komanda idi”.
Qeyd edək ki, Azərbaycan Macarıstanda ilk yoxlama görüşündə Albaniyaya 1:3 hesabı ilə uduzub.

