Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Gözləmirdim ki, nə vaxtsa Qurban Qurbanova çata bilərəm" - Emin Mahmudov
    12.06.2024 11:17:30

    Millimizin kapitanı Emin Mahmudov Macarıstanda Qazaxıstan yığmasına 3:2 hesabı ilə qalib gəldikləri  yoldaşlıq görüşündən sonra brifinq keçirib.

    Prosport.Az xəbər verir ki. 32 yaşlı yarımmüdafiəçi həm matç, həm də tarixi rekorda şərik olması barədə danışıb.

    - Oyunumuz hücumda çox yaxşı alındı. Xeyli qol fürsəti yaratdıq. Təəssüf ki, birinci hissədə bunlardan yararlana bilmədik. Müdafiədə səhvlərimiz çox idi. Rəqibin də bir neçə qol şansı oldu. Yaxşı mübarizə apardıq və qələbəyə layiq idik.

    - Millidə qol sayında Qurban Qurbanova çatdınız. Təəssüratlarınız necədir?

    - Çox sevindim. Bütün komanda yoldaşlarıma təşəkkür edirəm ki, mənə qol vurmağa kömək edirlər. 27 yaşım olanda heç gözləmirdim ki, nə vaxtsa Qurban Qurbanova çata bilərəm. Çünki az oynayırdım. Sonradan qollar gəldi. Gələcəkdə daha çox qol vurub milliyə kömək etməyə çalışacağam.

    - Qurban Qurbanov sizi təbrik etdi?

    - Hələ ki, yox. Qurban müəllimlə münasibətim yaxşıdı. Bilmirəm, təbrik edəcək, ya yox. Hələ onu keçməmişəm. Amma sevinərəm.

    - Bu rekord "Neftçi"dəki performansınıza təsir edə bilər?

    - "Neftçi"də yaxşı komanda qurulsa, tək mən yox, hamı yaxşı oynayar. Ümid edirəm ki, gələn mövsüm daha yaxşı olarıq. Bu il klub olaraq hamımız çox bərbad idik. Daha yaxşı olmalıyıq.

    - Hücumda oyununuz daha yaxşı alınırdı. Sizcə, bu, nə ilə bağlıdır?

    - Albaniya ilə oyunda da şanslarımız çox idi. Sadəcə, qol vura bilmirdik. Onların səviyyəsi bizdən, Qazaxıstandan üstündür. Avropa çempionatına gedirlər. Qollar vurmaq lazımdı.

    Müsahibə

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Futbol

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Cüdo

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Futbol

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved