Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Yalnız millidə köməkçi işləyərəm, klublarda heç vaxt" – Arif Əsədov
    11.06.2024 20:49:10

    Azərbaycan milli komandası yoxlama oyunu çərçivəsində Qazaxıstan seçməsini 3:2 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, yığmamızın baş məşqçisi Arif Əsədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – İstəyərdim ki, futbolçuarımı təbrik edim. Xarakter göstərdilər. Mövsümün sonudur, yorğunluq var. Buna baxmayaraq, xarakter göstərib hesabı 0:2-dən 3:2 etdik. Komandamıza təşəkkür edirəm. Hamı əlindən gələni etdi ki, psixoloji problem olmasın. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Futbolçulara təlimat verəndə demişdik ki, onların ən təhlükəli silahı standart vəziyyətlərdir. Qorxduğumuz başımıza gəldi. Növbəti qolu buraxdıq. Amma xarakter göstərib qalib gəldik. Hamını təbrik edirəm.

    – Əsl sağ cinah müdafiəçisi olanda, komanda daha yaxşı oynayır. Amin Seydiyev ən yaxşılardan idi...
    – Yoxlama görüşlərinin önəmi odur ki, hansısa eksperimentlər apara bilirik. UEFA Millətlər Liqasının oyunlarında yeni baş məşqçi biləcək ki, hansı formada komanda necə oynaya bilər. Bəzi mövqelərdə oyunçulardan istifadə edə bilərik.

    – Sizi mənfi mənada düşündürən və müsbət mənada sevindirən məqam nədir?
    – Mənfi odur ki, Albaniyaya qarşı da yaxşı oynadıq. Heç-heçəyə layiq idik. Müsbət cəhətlər çoxdur. Komandada xarakter formalaşdı, birlik var. O baxımından gələcəyə ümidlə baxırıq.

    – Oyunun startında komanda 2 qol buraxdı. Komanda sınmır, amma futbolçular oyuna gec girir. Yəqin ki, bu yaxşı hal deyil...
    – Təbii ki, dediyiniz hallar heç də yaxşı deyil. Amma standart vəziyyətdən qol buraxdıq, Albaniya görüşündə səhvdən sonra buraxmışdıq. Oyuna başlayanda konsentrasiyanı artırmaq lazımdır. 

    – Hiss etdiniz ki, komanda bu gün daha çox sevildi?
    – Kim tərəfindən?

    – Futbol ictimaiyyəti...
    – Hamımız oxuyuruq. Albaniyaya uduzsaq da, komandaya ictimaiyyət və media tərəfindən inam vardı. Bu, futbolçulara da təsir edir. Bu oyunda da futbolçular əvəzini ikiqat verdi.

    – Millidə baş məşqçi əvəzi kimi çalışırsınız, komanda pis futbol oynamır. Bəlkə AFFA rəhbərliyinə deyəsiniz ki, elə qarşıdakı Millətlər Liqasına millini siz çıxarasınız?
    – Çalışıram ki, öz işimi görüm, əməlimlə işimi göstərim. 4 ildir ki, millidəyəm. Həmişə düşünürdüm ki, 4 ildir millidə köməkçiyəm. Mən ümumiyyətlə, yalnız millidə köməkçi işləyərəm, klublarda heç vaxt. Həmişə düşünürdüm ki, heç kim fikirləşməsin gəlib millidə yola verirəm, kölgə altında gizlənirəm. Xarici məşqçilər olanda onlara da əlimdən gələn köməkliyi göstərirdim. Məni milliyə AFFA təyin edib. Deyirdim ki, hansısa şans düşsün, mən onun əvəzini məşqçi kimi verə bilim. 4 oyundur ki, komandanı meydana çıxarıram. Az-çoxdan çalışdım ki, etimadı doğruldum. 

    – AFFA rəhbərliyində olsaydınız, Arif Əsədovu baş məşqçi postunda saxlayardınız?
    – Bu suala cavab vermək çətindir. Tək özüm üçün demirəm. Yerli məşqçiləri təmsil edirəm. Bizdə də gənc məşqçilər var. Yerli məşqçilərə güvənmək, vaxt vermək lazımdır.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved