Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"ın ilk transferi qapı xəttinə oldu – YENİLƏNİB
    10.06.2024 20:15:39

    "Qarabağ" 2024/25 mövsümü öncəsi ilk transferini reallaşdırıb.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi heyətini qapıçı Fabiyan Buntiçlə gücləndirib.

    Almaniya vətəndaşlığına malik xorvat qolkiperlə 3 illik müqavilə imzalanıb. Dəri əlcək sahibi 2027-ci ilin yayına qədər "köhlən atlar"da çıxış edəcək. O, 97 nömrəli formanı geyinəcək.

    27 yaşlı qapıçının son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

    Qeyd edək ki, Fabiyan Buntiç Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış edib.

    11:15

    “Qarabağ” yay transfer pəncərəsində ilk keçidini reallaşdırmaq üzrədir. Ağdam klubu uzun sürən axtarışdan və danışıqlardan sonra arzuladığı qapıçını tapıb.

    Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, müqavilə müddətini uzatmaqdan imtina edilən Andrey Lunyovu xorvat qolkiper əvəz edəcək. Portuqaliyanın “Vizela” klubundan transfer edilən Fabiyan Buntiç bu gün Bakıya gələcək. 27 yaşlı oyunçu tibbi müayinədən uğurla keçsə, onunla 3 illik müqavilə bağlanacaq.

    Müqavilənin bütün detalları bəlli deyil. Transfer dəyəri 600 min avro göstərilən oyunçu üçün “Qarabağ”ın nə qədər ödədiyi bilinmir. Bununla belə, qolkiper üçün xərcə düşüldüyü dəqiqdir. Çünki onun klubu ilə gələn ilin yayında bitəcək müqaviləsi var idi.

    Buntiç Almaniya vətəndaşlığına da sahibdir. 2013-cü ildən “Ştutqart”da yetişən qapıçı bu komandanın U-19 komandasına kimi yüksəlib, 2016-da “İnqolştadt”a keçib. Aşağı dəstə klubunda 6 il keçirən Fabiyan 2022-ci ildə “Vizela”ya yollanıb. Son mövsümdə bütün turnirlərdə 32 matça 62 top buraxan Buntiçin Xorvatiyanın U-18 və U-19 millilərində çıxış etdiyini də xatırladaq.

    Heyətindəki bir çox legionerləri məhz Portuqaliyadan gətirən “Qarabağ”ın bu seçimi hardasa gözlənilirdi. Amma Fabiyan Buntiçin yüksək liqanı 18 komanda arasında 17-ci olaraq tərk edən “Vizela”dan gəldiyini də unutmayaq. Sirli qutu olan Almaniya doğumlu Fabianın etimadı doğruldacağına ümid edirik.

    “Qarabağ” daha bir qapıçı axtarışındadır. Gürcüstan millisi ilə Avropa çempionatına yollanan Luka Quqeşaşvili də ağdamlılardan ayrılmaq istəyir.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved