Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Zirə” klubu 3 futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, sağ cinah müdafiəçisi Qismət Alıyevlə 2, qapıçı Anar Nəzirovla isə 1 illik yeni sözləşmə bağlanılıb.
Bundan başqa, ötən mövsümü icarə əsasında “Zirə”də keçirən sol cinah müdafiəçisi Fuad Bayramov “Şamaxı”dan birbaşa transfer edilib. Onunla 3 illik müqavilə imzalanıb.

