"Oyun baxımından 2 fərqli hissənin şahidi olduq".
Prosport.Az xəbər verir ki, bunu Slovakiyanın U-21 millisinin baş məşqçisi Yaroslav Kentoş deyib.
Mütəxəssis Azərbaycanla yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb: "İlk yarı yaxşı keçdi. 2-ci hissənin əvvəli komandadan tələblərimizə cavab verirdi. Lakin ümumilikdə 2-ci hissə məni qane etmədi. İndi içimdə pis emosiya hökm sürür. Çünki 2-ci hissədəki çıxış heç də yaxşı olmadı. Bu mənim matçla bağlı təəssüratımı korladı".
Qeyd edək ki, Slovakiya U-21 millimizə 3:2 hesabı ilə qalib gəlib.

