Transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi Cabir Əmirli ilə başa çatan anlaşmanın müddətini artırıb.
27 yaşlı futbolçu daha 1 il “dənizçilər”in formasını geyinəcək. Cabir Əmirli ötən mövsüm Premyer Liqada 14 oyun keçirib.
Həmçinin, Bakı klubu Vüqar Həsənovla vidalaşıb. Müdafiəçi ilə müddəti başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, Vüqar Həsənov başa çatan mövsümdə Premyer Liqanın 2 matçında meydana çıxıb.
