"Səbail" Uqanda millisinin mərkəz müdafiəçisi Halid Lvalivanı transfer etmək istəyir.
Prosport.Az-ın xəbərinə görə, menecerlər 27 yaşlı futbolçunu "Səbail"ə təklif edib.
Lvaliva bu gün Uqanda millisi ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Botsvana ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü "Səbail" rəsmiləri də izləyəcək.
Qeyd edək ki, 2021-ci ildə millisinin kapitanı da olmuş Halid Lvaliva hazırda Şimali Makedoniyanın "Breqalnitsa" klubunda çıxış etsə də, komanda aşağı diviziona düşüb.

