Qəbələ şəhər stadionunda təmir işlərinə başlanılıb.
Prosport.Az-ın xəbərinə görə, təmir işləri klubun əvvəlki prezidenti, faktiki olaraq sahibi olan Tale Heydərova məxsus "Caspian Sport Landscape" şirkəti tərəfindən aparılır.
Təmir işlərinə britaniyalı mütəxəssis Fil Şarples rəhbərlik edir.
Qeyd edək ki, stadionun sahibi olan "Qəbələ" klubu növbəti mövsümdən I Liqada mübarizə aparacaq.

