“Qarabağ” klubunun futolçusu Yassin Benzya Əlcəzair millisində növbəti matçına çıxıb.
Prosport.Az xəbər verir ki, onun komandası DÇ-2026-nın seçmə mərhələ görüşündə Qvineya ilə üz-üzə gəlib.
Əlcəzair doğma arenada 1:2 hesabı ilə məğlub olub. Start heyətində meydana çıxan Benzya hesab 1:1 olarkən - 59-cu dəqiqədə əvəzlənib.
Hazırda hər iki komandanın aktivində 6 xal var və turnir cədvəlinə şərikli başçılıq edirlər.

