Bu gün Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Prosport.Az xəbər verir ki, yığma Macarıstanda Albaniya kollektivi ilə üz-üzə gələcək.
“Haladaş" İdman Kompleksi"nin stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Görüşü macar Mihay Kaprali idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstanla qarşılaşacaq.

