Zaqreb "Dinamo"sunun və millinin futbolçusu Mahir Emreli mövsümlərarası fasilədə klubunu dəyişə bilər.
Prosport.Az sport24.az-a istinadən xəbər verir ki, Buxarest "Dinamo"su Mahirin xidmətində maraqlıdır.
Rumıniya klubunun baş məşqçisi Jelko Kopiç Emrelini komandasında görmək istəyir. Kopiçlə milli üzvünün yolları artıq bir dəfə kəsişib. Məhz xorvat mütəxəssisin dönəmində Mahir Zaqreb "Dinamo"su ilə müqavilə bağlayıb.
Qeyd edək ki, "Dinamo" 18 qat Rumıniya çempionudur.

