"Qarabağ"ın futbolçuları Marko Vesoviç və Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Belçika yığması ilə yoldaşlıq oyunu keçirib.
Prosport.Az xəbər verir ki, Brüsseldə keçirilən görüş qonaqların məğlubiyyəti ilə yekunlaşıb - 0:2.
Vesoviç matça start heyətində başlayıb və 70-ci dəqiqədə əvəz olunub. Yankoviç isə ehtiyatda qalıb.

