"Zirə" klubu 2 yeni futbolçu ilə anlaşıb.
Prosport.Az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Aydın Bayramov və müdafiəçi Elçin Əlicanov "Zirə" ilə 2 illik müqavilə bağlayıb.
Aydın Bayramov daha əvvəl “Sumqayıt” və “Turan Tovuz”, Elçin Əlicanov isə “Binə”, “Zaqatala” və “Kəpəz” klublarında çıxış edib.

