Növbəti mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində işləri davam etdirən "Araz-Naxçıvan" Miço Kuzmanoviçlə yeni müqavilə imzalayıb.
Prosport.Az xəbər verir ki, bosniyalı yarımmüdafiəçi qarşıdakı 1 ildə də Naxçıvan təmsilçisinin formasını geyinəcək.
O, ötən mövsüm də bu komandanın heyətində çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Kristian Avram, Vadim Abdullayev, Nunu Rodriqes, İqor Ribeyru, Vanderson Melu, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə bağlayıb.

