“Səbail” əsas qapıçısı Səlahət Ağayevlə vidalaşıb.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 33 yaşlı qolkiperlə imzalanmış müqavilənin müddəti başa çatıb.
Qeyd edək ki, “Səbail” daha əvvəl Ağabala Ramazanov və Adil Nağıyevlə yollarını ayırıb.

