"Turan Tovuz" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, Emanuel Hakman ilə razılıq əldə olunub.
Anlaşmaya əsasən, toqolu müdafiəçi 2025-ci ilin yayınadək Tovuz klubunun formasını geyinəcək.
Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Şəhriyar Əliyevlə "1+1", Aleks Souza ilə isə 2 illik sözləşmə imzalayıb.

