Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Qadın futbol millimiz ilk dəfə Avropa çempionatına vəsiqə qazana bilər – Bu necə baş verəcək?
    5.06.2024 02:47:19

    Qadın futbolçular üzrə milli komandamız tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazana bilər.

    Prosport.Az-ın xəbərinə görə, hazırda B Liqasının 1-ci qrupunda mübarizə aparan millimizin Türkiyə üzərində qazandığı 1:0 hesablı qələbə Siyasət Əsgərovun yetirmələrinə bu baxımdan şans yaradıb.

    Belə ki, 2025-ci ilin 2-27 iyul tarixlərində 16 ölkənin iştirakı ilə İsveçrənin 8 şəhərində AVRO-2025 keçiriləcək. İsveçrə (meydan sahibi olduğu üçün) və səkkizqat Avropa çempionu Almaniyanın (A Liqasındakı qrupda ilk 2 yeri təmin etdiyi üçün) artıq AVRO-2025-də iştirakı rəsmiləşib.

    Ötən ilin sonunda C Liqasından B-yə vəsiqə qazanmış milli komandamız bu liqanın reytinqinə görə ən zəif komandası olsa da, Avropa çempionatına çıxmağa yaxındır. Avropa çempionatının təşkilatçısı olan İsveçrə yığması millimizin, Türkiyə və Macarıstanın yer aldığı 1-ci qrupda çıxış edir.

    Qrupda nəticələr necə olub?
    Komandamız apreldəki ilk görüşdə Macarıstanla 1:1 oynayıbsa, Bakıda İsveçrəyə darmadağın olub – 0:4. Mayda Türkiyəyə mübahisəli penalti qolu ilə uduzan millimiz dünən paytaxtımızda qardaş ölkə təmsilçisindən eyni hesabla revanş götürüb – 1:0. Bununla da komandamızın xal aktivi 4-ə çatıb. Düzdür, Macarıstan da ilk görüşdə uduzduğu lider İsveçrədən revanş almaqla (1:0) millimizlə xalları bərabərləşdirib. Komandamız yalnız top fərqinə görə Macarıstandan geri qalır. Lakin komandamız iyulun 12-də Mərdəkandakı "Liv Bona Dea Arena"da macarlara qalib gəlsə, o zaman nəinki 3-cü yeri, hətta 2-ci yeri ələ keçirə bilər. Çünki həmin vaxt 6 xala malik türklər də 9 xal qazanmış liderlə mübarizə aparacaq. Həmçinin, komandamızı iyulun 16-da Lozannada İsveçrə ilə ağır oyun gözləyir.

    Turnirin formatı nə deyir?
    Turnirin formatına görə, B Liqasının qrup lideri 2025/26 mövsümü üçün Millətlər Liqasında A Liqasına və AVRO-2025-ə çıxmaq üçün pley-offa vəsiqə qazanır. Hazırkı durumda İsveçrə Avropa çempionatına ev sahibliyi edəcəyindən, onları qrup lideri kimi yalnız A Liqasına vəsiqə maraqlandırır. Qrup 2-cisi və 3-cüsü isə pley-offlarda çıxış edəcək. Həmçinin, İsveçrə qrupda ilk 3 yerdən birini tutarsa, o zaman ən yaxşı qrup 4-cüsü də pley-offa qatılmaq hüququ əldə edəcək. Sona 2 tur qalmış 9 xalı olan İsveçrənin qrupda sonuncu olmayacağı dəqiqləşdiyindən, ən yaxşı qrup 4-cüsü bu şansdan yararlana biləcək. Millimiz hazırkı durumda (qrupu 4-cü yerdə bitirəcəyi halda) yenidən C Liqasına düşsə də, pley-offda mübarizə aparmaq şansı əldə edir. Çünki Azərbaycan hazırda ən yaxşı 4-cü yerdə olan komanda sayılır.

    Pley-offlar necə olacaq?
    Qeyd edək ki, pley-off mərhələsi 2 raunddan ibarət olacaq. İlk raund 23-29 oktyabrda, 2-ci raund 27 noyabr - 3 dekabr tarixlərində keçiriləcək. Qaliblər klassik ev-səfər prinsipi əsasında müəyyənləşəcək. Azərbaycan millisinin reytinqi aşağı olduğundan, pley-offlarda zəif komandaların olduğu səpələnməmişlər səbətində yer alacaq. Komandamız B Liqasının səpələnmiş yığması ilə ev-səfər prinsipi ilə pley-off oynayacaq. A/C Liqalarından gəlib pley-offun ilk raundunda qalib gəlmiş 8 komanda və B Liqasından gəlib pley-offun ilk raundunda qalib gəlmiş 6 komanda daha sonra 2-ci raundda üz-üzə gələcək. Burada yüksək reytinqli (səpələnmiş) komandalarla aşağı reytinqli (səpələnməmiş) komandalar Avropa çempionatına vəsiqə qazanacaq son 7 komandanı müəyyənləşdirəcək.

    Bütün 16 komanda müəyyənləşdikdən sonra dekabrın 16-da final mərhələsinin püşkatması olacaq.

    Səbuhi Musa

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved