"Səbail" klubu kapitan Ağabala Ramazanovla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, Ağabala Ramazanov karyerası ərzində 2 dəfə – 2018-2020 və 2022-2024-cü illər mövsümündə “dənizçilər”in formasını geyinib, ümumilikdə 80 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə edib.
Həmçinin, "Səbail" ötən mövsüm "Turan Tovuz"da çıxış edən Fərid Nəbiyevlə 1 illik müqavilə bağlayıb. Onun qardaşı Yusif Nəbiyev və Samir Abdullayevlə ilə başa çatan müqavilələr isə 1 il müddətinə yenilənib.

