"Turan Tovuz" klubu 2 futbolçusu ilə müqavilə müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, bunlar mərkəz müdafiəçisi Şəhriyar Əliyev və hücumçu Aleks Souzadır.
Komandanın kapitanlarından olan Şəhriyar Əliyevlə 1+1 illik yeni sözləşmə imzalanıb. Qış transfer dövründə Tovuz komandasına qoşulan braziliyalı futbolçu ilə müqavilənin müddəti isə 2025/2026-cı illər mövsümünün sonunadək artırılıb.

