Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hər 2 oyun bizim üçün yaxşı sınaq olacaq" - Arif Əsədov
    4.06.2024 16:15:25

    “Hər iki qarşılaşmada məqsədimiz qələbədir”.

    Sportnet.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Arif Əsədov təlim-məşq toplanışı və komandanın qarşıdakı beynəlxalq yoldaşlıq görüşlərinə hazırlığı barədə AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

    O, komandanın bu gündən tam heyətlə taktiki planda hazırlaşdığını bildirib: “Hazırlığın birinci mərhələsini başa vurmuşuq. İlk mərhələdə mövsümü nisbətən erkən başa vuran klubların oyunçularını heyətə cəlb etmişdik. Əsasən fiziki çalışmalara önəm verdik. Dünəndən komanda tam heyətlə bir araya gəlib. Artıq qarşıdakı oyuna taktiki hazırlıq gedir. Hamıya məlumdur ki, iyunun 2-də keçirilən Azərbaycan Kubokunun final oyununda milli komandanın 8 üzvü iştirak etmişdi. Həmin görüşdə meydana çıxanlar üçün dünən bərpa məşqi oldu. Bu gündən etibarən Albaniya ilə qarşılaşmaya tam heyətlə hazırlaşırıq”.

    Məşqçinin sözlərinə görə, liqalarda mövsüm yeni başa çatdığından, futbolçular yorğundur: "Elə bir dönəmdir ki, oyunçuların durumunda disbalans var. Bəziləri zədədən yeni qayıdıb, bəziləri son matçlarını 15-20 gün əvvəl keçiriblər. Biz də qarşıdakı görüşlərdə bu durumu nəzərə alacağıq”.

    Mütəxəssis həm Albaniya, həm də Qazaxıstanın qarşısına qələbə qazanmaq əzmi ilə çıxacaqlarını vurğulayıb: “Albaniya komandası Avropa çempionatına vəsiqə qazanıb. Əsas heyətlərində daxili çempionatda oynayan futbolçu, demək olar ki, yoxdur. Futbolçuları İtaliya, İngiltərə və digər tanınmış futbol ölkələrinin klublarında çıxış edirlər. Bu da Albaniyanın güclü komanda olduğunu göstərir. Həmçinin sonrakı rəqib Qazaxıstan da güclü kollektivdir. Onlar da Avropa çempionatına vəsiqə qazanmağa çox yaxın idilər. Bu baxımdan hər iki qarşılaşma bizim üçün yaxşı sınaq olacaq. Yoldaşlıq görüşləri olduğundan, bütün futbolçulara şans verməyə çalışacağıq”.

    Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da Albaniya, iyunun 11-də isə saat 18:00-da Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki “Haladaş" İdman Kompleksinin stadionunda keçiriləcək.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved