"Səbail" klubu futbolçusu Yusif Nəbiyevlə müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə birillik anlaşma əldə olunub.
Qeyd edək ki, Y.Nəbiyev ötən ildən "dənizçilər"in uğurları üçün çalışır. O, Premyer Liqada 34, ölkə kubokunda 3 oyuna çıxıb. Futbolçu bu matçlarda beş qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

