"Qarabağ"ın braziliyalı hücumçusu Olaviu Juninyu daha bir klubun maraq dairəsinə düşüb.
Prospor.As “Mondo”ya istinadən xəbər verir ki, braziliyalı forvardı heyətinə qatmaq istəyən komanda “Srvena Zvezda”dır.
Serblər uzun müddətdir ki, 27 yaşlı hücumçunu izləyir. Tanınmış klubun "sambaçı" üçün “Qarabağ”la danışıq aparacağı qeyd olunur.
Xatırladaq ki, Juninyunu “Braqa” və "Beşiktaş" da transfer etmək istəyir.

