AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşəklə yollarını ayırıb.
Prosport.az xəbər verir ki, bu barədə report-a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.
“AFFA və Hakimlər Komitəsinin sədri Barış Şimşək arasında mövcud müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. AFFA adından Barış Şimşəyə gələcək fəaliyyətində uğurlar arzu edirik", – deyə qurumdan bildirilib.
Qeyd edək ki, Barış Şimşək 2022-ci ilin yayından bu vəzifədə çalışıb.

