Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliyaya qayıdıb.
Prosport.Az xəbər verir ki, 34 yaşlı hücumçu karyerasını “Osasku”da davam etdirəcək.
O, braziliyalılarla 1 illik anlaşıb.
Qeyd edək ki, ötən mövsümü İndoneziyada “Qresik Petrokimiya”da keçirən Polina Rəhimovanın artıq Braziliya liqasında oynamaq təcrübəsi var. “Sesi Voley”də 2 il oynayan Polinanın bu, karyerasında 15-ci klubu olacaq.
