“Hələlik müqavilə ilə bağlı nəsə deyə bilmərəm”.
Prosport.Az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.
Rusiyalı qolkiper növbəti mövsümdə “Qarabağ”da qalıb-qalmayacağı barədə yekun qərar vermədiyini bildirib. O hələlik qazanılan Azərbaycan Kubokunun dadını çıxaracağını deyib: “Hazırda qələbənin sevincini yaşayıram. Gələcək barədə düşünmək üçün zamana ehtiyacım var”.
Qeyd edək ki, Andrey Lunyov “Qarabağ”la yeni müqavilə imzalamayıb.

