Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu, "Zirə" üçün qələbəyə bərabər nəticədir" – Qurban Qurbanov
    2.06.2024 23:51:06

    "Qarabağ" Azərbaycan Kubokunun finalında "Zirə"ni 2:1 hesabı ilə məğlub edərək 8-ci dəfə turnirin qalibi olub.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Kubokun finalı yaxşı, baxımlı, dinamik oyunla mövsümə damğa vurdu. Azarkeşlərimizə təşəkkür edirəm. Qarşımızda dinamik, istəkli komanda var idi. Sona qədər təslim olmadılar. "Zirə" çox ağıllı müdafiə olunurdu. Onlara bu gün alqış düşür, çox yaxşı mövsüm keçirdilər. Rəhbərliklərinə də uğurlar arzulayıram. Futbolçularım çempionluğu və Kuboku qazandı. Çox uğurlu mövsüm keçirdik, böyük işlər gördük. Uğurdan sonra bəzən istər-istəməz futbolçularda istək azalır. Amma çalışacağıq, istəyi çoxaldaq ki, yeni mövsüm daha yaxşı olsun.

    – Bugünkü matç Maksim Medvedevdən başqa, kimin üçün sonuncu oldu?
    – Maksim karyerasını bitirdi. Hansısa ayrılıq olanda klub tərəfindən açıqlanacaq. Burada deməyim düzgün çıxmaz.

    – Son illərdə mükafatlandırma mərasimində olmamağınızın səbəbi nə idi?
    – Elə bir səbəbi yoxdur. Sadəcə, bunu futbolçular haqq edir. Say çox olur. Həmişə məni görürsünüz, qarşınızda oluram. Futbolçularımın mükafatlandırmaya çıxmaları bəs edir.

    – 2-ci dueldə də Rəşad Sadıqov sizə uduzdu. Onun komandasının sizə qalib gəlməsi üçün neçə il lazımdır?
    – Bu suala necə yanaşım bilmirəm. Hesabda uduzdular, amma... Onların büdcəsi ilə bizim büdcəmiz eyni deyil. Amma onların performansını görürsünüz. Ölkə çempionatına baxsaq, qrandlarımız 3-4-cü yerləri tutdu, Rəşad Sadıqovun komandası isə 2-ci yeri. Dərindən düşünsək, çox böyük iş görüblər. Bu gün də həmin büdcə ilə 2-ci olub, Kubokda finala çıxdılar, son dəqiqələrdə uduzdular. Bu, qalibiyyətə bərabər nəticədir. "Zirə"nin fəaliyyətinə, büdcəsinə görə bəlkə də Rəşad bizə qalib gəldi.

    – Aleksey İsayev nə vaxt effekt verəcək?
    – Mən ondan razıyam. Komandadakı rəqabəti görürsünüz. Əgər 11 futbolçu ilə mövsümü başa vura biləcəyimizi düşünsək, başqa oyunçu götürmərik. Sadəcə, rəqabəti artırmaq lazımdır. Futbolçularım da özlərini yaxşı tərəfdən göstərir. Alekseyə güvənirəm.

    Futbol

    Emmanuel Addai yenicə keçdiyi komandadan ayrılır

    29.07.2026 14:41:13
    Futbol

    Kipr klubu Murad Məmmədovu icarəyə verə bilər

    29.07.2026 14:19:54
    Futbol

    "Cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyilik" - MOİK-in baş məşqçisi

    29.07.2026 13:17:19
    Futbol

    "Çox keyfiyyətli komandaya uduzduq" - KuPS-un baş məşqçisi

    29.07.2026 12:45:57
    Futbol

    I Liqa təmsilçisi yeni transferini açıqladı

    29.07.2026 11:56:18
    Futbol

    "Kəpəz" Qətər klubuna qarşı

    29.07.2026 11:37:55
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Emmanuel Addai yenicə keçdiyi komandadan ayrılır

    29.07.2026 14:41:13

    Kipr klubu Murad Məmmədovu icarəyə verə bilər

    29.07.2026 14:19:54

    “Qarabağ”la oyuna ən yaxşı formada köklənməyə çalışırıq" - Anxelo Martino

    29.07.2026 13:43:01

    "Cavab oyununda müdafiəyə çəkilmək niyyətində deyilik" - MOİK-in baş məşqçisi

    29.07.2026 13:17:19

    "Çox keyfiyyətli komandaya uduzduq" - KuPS-un baş məşqçisi

    29.07.2026 12:45:57

    İdmançımız Qahirədə qızıl medal qazandı

    29.07.2026 12:10:13

    I Liqa təmsilçisi yeni transferini açıqladı

    29.07.2026 11:56:18

    "Kəpəz" Qətər klubuna qarşı

    29.07.2026 11:37:55

    Püşk atıldı: "Qarabağ" və "Neftçi"nin rəqibləri bilindi

    29.07.2026 11:01:12

    Dünya çempionatı: Qız güləşçilərimiz mübarizəyə başlayır

    29.07.2026 10:34:20

    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

    29.07.2026 10:00:45

    Gəncə klubu ABŞ-li baş məşqçiyə tapşırıldı

    28.07.2026 23:42:37

    "Sabah"dan UEFA reytinqinə maksimum töhfə

    28.07.2026 23:13:35

    "Sabah" və Mikels "10"a çatdı

    28.07.2026 22:46:27

    Tarixdə ilk, Azərbaycanda 4-cü

    28.07.2026 22:13:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved