Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəqib 43-cü dəqiqədə qol vurubsa, demək ki, planımız işlədi" – Rəşad Sadıqov
    2.06.2024 22:40:39

    "Zirə" Azərbaycan Kubokunun finalında "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Futbolçularımı təbrik etmək istəyirəm. İlk yarıda meydanda taktiki savaş getdi. Son zamanlar "Qarabağ" ilk yaxaladığı epizodu qola çevirir. Bu gün də belə oldu. İlk təhlükəli epizodları qolla nəticələndi. 2-ci yarıda hücumameyilli oynadıq, rəqibə təzyiq etdik. Meydanda açıq futbol getdi. Azarkeşlər xüsusən 2-ci hissədən zövq aldı. Doğru yanaşsaq, bu matçın bizə çox köməyi olacaq. 40 gündən sonra bu səviyyəyə yaxın komanda ilə oynayacağıq. Orada da bu istək, eyni ustalıq, iradəyə ehtiyacımız olacaq. Futbolçularım da bu oyunu yaxşı analiz etməlidir. Titul olanda "Qarabağ" kimi rəqiblər maksimumu edir. Oyunçularım layiqli mübarizə apardı. Oyunu əlavə dəqiqələrə apara bilərdik. Futbolçularımla fəxr edirəm.

    – Taktiki sxem və start heyəti ilə təəccübləndirdiniz. Bu, avropalı həmkarlarınızda gördüyünüz bir şeydir?
    – Çox məşqçi bu tip oyuna üstünlük verib. İlk yarıda rəqibə qarşı etibarlı oynamaq istəyirdik. "Qarabağ" kimi komandalar qol vurduqdan sonra rahatlaşıb, daha özünəinamlı oynayır. Biz də 2-ci yarıda hücum potensialını artırmağı düşünürdük. 2 il əvvəl oynadığımız eyni oyun sistemidir. Sadəcə, futbolçular fərqli idi. Planımız eyni idi. "Qarabağ"ı mərkəzdə qarşılayıb, aqressiv oynayaraq, rəqibə oynamağa imkan vermək istəmirdik. Rəqib 43-cü dəqiqədə qol vurubsa, demək ki, planımız işlədi. Qapımıza zərbə vurmaqda çətinlik çəkirdilər. Bu gün əsas heyətdə olmayan futbolçularla da danışmışdıq ki, 60-cı dəqiqədən hücumameyilli oyunçuları meydana buraxacağıq.

    – UEFA Avropa Liqası öncəsi hansı dəyişikliklər etməlisiniz ki, uğurlu olasınız?
    – Hər bir komandanın mövsümün əvvəlində yenilənməyə, güclənməyə ehtiyacı var. Seleksiyalarımızı aparırıq. Çalışacağıq ki, heyətimizi gücləndirək. İndi seçim etmək üçün qıtlıqdır. Mütləq şəkildə güclənməliyik. Necə olacağını zaman göstərəcək.

    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Futbol

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved