“Şamaxı” Futbol Klubu baş məşqçisi Ramiz Məmmədovu istefaya göndərib.
Prosport.Az xəbər verir ki, klubun İdarə Heyətinin növbəti iclasında yeni mövsümlə bağlı bir sıra qərarlar qəbul edilib.
İclasda ilk olaraq geridə qalan mövsümdə “Şamaxı”nın 1-ci Liqada çempion olmasında baş məşqçi kimi verdiyi tövhəyə görə Ramiz Məmmədova İdarə Heyətinin üzvləri minnətdarlığını bildirib və komandanın yenidən Premyer Liqaya qayıtmasında onun böyük əməyinin olduğu qeyd edilib.
Müzakirələr nəticəsində Ramiz Məmmədovun İdarə Heyətinin sədr müavini kimi fəaliyyətinin daha önəmli olduğu nəzərə alınaraq, klubun baş məşqçisi kimi başqa çalışdırıcının dəvət edilməsi qərara alınıb.

