Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Finalda hər şey ola bilər" – Rəşad Sadıqov
    1.06.2024 17:58:29

    "Zirə" Azərbaycan Kubokunun finalında "Qarabağ"la üz-üzə gələcək.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Mövsümün son oyunudur. Kubokun finalına həmişə hazırlıq yaxşı olur, bayram əhval-ruhiyyəsi yaşanır. Biz də bayramın bir parçası olacağıq. Böyük ajiotaj var. Biletler satılıb, azarkeşlər oyuna böyük maraq göstərir. Bu da matçın daha maraqlı keçməsinə səbəb olacaq. 2 il əvvəl də finalda oynamışdıq. Onda da maraqlı, gərgin mübarizə getmişdi. Sonda "Qarabağ" penaltilərdə daha dəqiq olub qalib gəldi. İstəyərdik ki, eyni ab-hava bu görüşdə də olsun. Başa düşürük ki, "Qarabağ" ciddi rəqibdir. Ötən il olduğu kimi, bu mövsüm də avrokuboklarda 1/8 finalına qədər irəliləyiblər. Öz bacarığımızı, oyunumuzu nümayiş etdirmək istəyirik ki, sonda sevinən tərəf olaq. Oyundan qabaq danışmaq həmişə çətindir. Bütün fikrimiz final matçındadır. Çalışacağıq ki, rəqibə layiqli müqavimət göstərək, gərgin oyun getsin. 

    – 2 il əvvəlki final ssenarisinin təkrarlanmasını gözə almısınız?
    – Finalda hər şey ola bilər. Sabah necə olacaq, proqnoz vermək çətindir. Uğurlu nəticə ilə ayrıla bilərik.

    – UEFA Avropa Liqasında potensial rəqibləriniz bəllidir. Yəqin ki, onlar sizi izləyəcək. Kuboku qazanıb rəqiblərinizə əzəmətli komanda kimi özünüzü göstərmək istəyirsiniz?
    – Əvvəlcədən nəsə demək çətindir. Bütün fikrimiz sabahkı matçla bağlıdır. Təbii ki, uğurlu oynamağın rəqiblərin sənə qarşı ciddi yanaşmasına səbəb olacaq. Çünki sabah rəqibimiz "Qarabağ"dır. Avrkuboklarda oyunlar daha fərqli keçəcək. İndi "Qarabağ"la matçı düşünürük.

    – Heyətdə itkiləriniz var?
    – Rüstəm Əhmədzadə, Məqsəd İsayev, Cibrilla İsa uzun müddət zədəli olub, tam formalarını bərpa etməlidirlər. Hər üçünün formada olmasına ehtiyacımız var. Futbol zədəsiz, cəzasız olmur. "Qarabağ"ın da itkiləri var. İtkilər o qədər də önəm kəsb etməyəcək.

    – 2 il əvvəl finalda oynayan “Zirə” ilə indikini necə müqayisə edərdiniz? 2-ci yeri artıq tutmusunuz. Bu sizə rahatlıq verəcək?
    – Bəzən görürsən, xeyri olur, bəzən fərlqi olur. Onu oyundan sonra dəyərləndirə biləcəyik. 2 il əvvəllə müqayisədə hər iki komanda inkişaf edib. Bu mövsüm "Qarabağ" rekord nəticə əldə edib. "Zirə" də tarixinin ən yaxşı nəticəsini göstərib. Hər iki komanda inkişaf edib, daha yaxşıdır.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved