Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Finallarda bəzən düşünmədiyimiz qaliblər görmüşük" – Qurban Qurbanov
    1.06.2024 17:20:35

    "Qarabağ" Azərbaycan Kubokunun final matçı çərçivəsində sabah "Zirə" ilə üz-üzə gələcək.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Çox istəyərdim ki, nəticədən asılı olmayaraq azarkeşlər üçün baxımlı oyun olsun. Çox ciddi rəqibə qarşı oynayırıq. "Zirə"yə qarşı oynamaq elə də asan olmayıb. Xüsusən də son matçlarda. Çox yaxşı idman formasında olan komandaya qarşı oynayacağıq. Rəqibimiz Premyer Liqada 2-ci yeri tutub. "Zirə" üçün çox yaxşı, böyük nəticədir. Finalı daha rahat oynayacaqlar. Dəfələrlə demişəm ki, kubok tam başqa prestijdir. Hər bir futbolçu istəyər ki, kuboku qazansın. Bunun üçün pis hazırlaşmamışıq, vaxtımız oldu. Futbolçularım evə getmək istəyirdi, amma onları bu oyuna tam hazır etməyə çalışdıq. Nəticə üçün ən yaxşısını edib, azarkeşlərimiz üçün baxımlı oynamağa çalışacağıq.

    – Dediniz ki, "Zirə" matça rahat çıxacaq. Bu məqam işinizi daha da çətinləşdirəcək?
    –
     Üstünlükləri olacaq. Bir müddət əvvəl də onlarla finalda qarşılaşmışdıq. Penaltilərlə "Zirə"yə qalib gəlmişdik. Elə o vaxt da "Zirə"nin qalib gələrək avrokuboklara yollanması vacib idi. 120 dəqiqə oynadıq. Bu da əlavə motivasiyadır ki, belə matçlarda Rəşad Sadıqov nəticəyə oynamağı bacarır. Rəqibə imkan vermir ki, öz oyun üslubunu meydanda yeritsin. 2-ci yeri tutmaları "Zirə"nin oyuna daha rahat, güvənli çıxmasına kömək olacaq. Əgər komanda avrokuboklara çıxırsa, bu da tituldur. "Zirə"nin də şansları var ki, 2-ci titulu əldə etsin. Bizim də şansımız var. Qarşımızda istəkli, inamlı rəqib olacaq. Keçən dəfəki final, həm də rəqibin 2-ci yeri tutması "Zirə"nin üstünlükləridir.

    – Penaltilərə hazırlaşmısınız?
    – Futbolçulara psixoloji olaraq hazırlaşmağı məsləhət görmüşəm.

    – Finalların taleyini nə həll edir?
    – Kubok oyunlarına fərqli yanaşıram. Ən böyük, ən gözlənilməz nəticələr elə kubokda olur. İstər ölkə kubokunda, istərsə də avrokuboklarda belədir. Finallarda bəzən düşünmədiyimiz qaliblər görmüşük. Almaniyaya baxın, II Bundesliqa klubu finalda oynadı. Az qalmışdı ki, "Bayer"ə qalib gəlsinlər. Belə oyunlarda futbolçularımı psixoloji cəhətdən hazırlamağa çalışıram. Çempionatın sonunda onların fiziki formalarını çox tələb etmək düzgün deyil. Çünki onsuz da hazırdırlar. Psixoloji məqama, sərbəst və soyuqqanlı şəkildə oynamaqlarına üstünlük verirəm. Rəqibi də nəzərə almalıyıq. Daha istəkli, kubok üçün alışıb-yanan rəqib olacaq.

    – Axşam UEFA Çempionlar Liqasının finalında"Real"a azarkeşlik edəcəksiniz? Çünki onlar qalib gəlsə, ÇL-ə II mərhələdən başlayacaqsınız...
    – Xeyr, "Qarabağ"a. Qoy I mərhələdən başlasın. Layiqli olan qalib gəlsin. Çalışmışıq ki, öz reytinqimizlə irəliləyək. Əgər bizim üçün xeyirlidirsə, üstünlüyü varsa, istərdik ki, "Real" qalib gəlsin. Proqramımızda dəyişiklik edəcəyik. İstəyirik ki, futbolçular üçün istirahət müddəti çox olsun. Oyunçularım bu mövsüm çox güc sərf etdi. Oturub gözləyəcəyik.

    – Qapı xəttində rotasiya ola bilər? Hər üç qapıçının ayrılacağı deyilir...
    – Oyundan qabaq heç vaxt deməmişəm. Amma üstünlük Andrey Lunyovdadır.

    Futbol

    Əcnəbi futbolçu "Qarabağ"dan ayrılır - Təklifləri var

    13.03.2026 12:23:14
    Futbol

    Avropa çempionatı: Azərbaycanlı güləşçi Ukraynaya qızıl medal qazandırdı

    13.03.2026 11:54:20
    Futbol

    "Qarabağ" Zubirin əvəzləyicisini Kiprdə tapdı - 3 illik müqavilə

    13.03.2026 11:17:38
    Futbol

    "Ümid edirəm ki, Ruy Jorj Azərbaycan üçün möhtəşəm işlər görəcək" – “Vest Hem”in sabiq futbolçu

    13.03.2026 10:51:13
    Futbol

    Premyer Liqa: "Araz-Naxçıvan" autsayderə, "Sumqayıt" "Şamaxı"ya qarşı

    13.03.2026 10:34:13
    Müsahibə

    "AZAL dövlət başçımızın tapşırığı ilə nə lazımdısa, yerinə yetirdi" - Adil Şükürov

    12.03.2026 22:42:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Əcnəbi futbolçu "Qarabağ"dan ayrılır - Təklifləri var

    13.03.2026 12:23:14

    Avropa çempionatı: Azərbaycanlı güləşçi Ukraynaya qızıl medal qazandırdı

    13.03.2026 11:54:20

    "Qarabağ" Zubirin əvəzləyicisini Kiprdə tapdı - 3 illik müqavilə

    13.03.2026 11:17:38

    "Ümid edirəm ki, Ruy Jorj Azərbaycan üçün möhtəşəm işlər görəcək" – “Vest Hem”in sabiq futbolçu

    13.03.2026 10:51:13

    Premyer Liqa: "Araz-Naxçıvan" autsayderə, "Sumqayıt" "Şamaxı"ya qarşı

    13.03.2026 10:34:13

    Millimiz Çempionlar Kubokunda mübarizəyə başlayır

    13.03.2026 10:01:41

    "Komandada heç kim müdafiə olunmaq istəmirdi" - Anar Sarıyev

    12.03.2026 23:48:11

    "Müqavimət göstərdik, amma gücümüz çatmadı" - "Sumqayıt"ın baş məşqçisi

    12.03.2026 23:12:17

    "AZAL dövlət başçımızın tapşırığı ilə nə lazımdısa, yerinə yetirdi" - Adil Şükürov

    12.03.2026 22:42:58

    Qadın güləşçimiz Avropa çempionu oldu

    12.03.2026 22:21:47

    Cüdo Federasiyası bu komitə ilə əməkdaşlığa başladı

    12.03.2026 21:49:56

    "Sumqayıt" evdə uduzdu, Naxçıvan təmsilçisindən qələbə

    12.03.2026 21:32:57

    Yığmamızın 2 üzvü Berlində fəxri kürsüyə qalxdı

    12.03.2026 18:53:59

    "Mingəçevir" mərkəzi oyunda "Səbail"ə uduzdu – VİDEO

    12.03.2026 17:14:06

    Millimizdən biabırçı start: İlk oyunda 11 top buraxdılar

    12.03.2026 16:58:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved