"Sumqayıt" klubu estoniyalı hücumçu Erik Sorqa ilə yolları ayırıb.
Prosport.Az xəbər verir ki, futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, Erik Sorqa ötən mövsümün əvvəlindən Sumqayıt təmsilçisinin formasını geyinirdi. Estoniya millisinin üzvü bu müddət ərzində 27 Premyer Liqa və 3 ölkə kuboku matçında meydanda olub. 24 yaşlı futbolçu bu qarşılaşmalarda 7 qola, 3 məhsuldar ötürməyə imza atıb.

