"Qəbələ" daha bir məşqçi ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, əyalət təmsilçisi Rakif Əliyevlə vidalaşıb.
Bu barədə mütəxəssis özü sosial şəbəkə hesabında paylaşım edib: "Bu gün sevimli komandam "Qəbələ"dən qarşılıqlı razılaşma ilə ayrıldım. Komandamızın I Liqaya düşməsi bir çoxları kimi məni də məyus etdi. Ümid edirəm ki, növbəti mövsüm yenidən elitaya qayıdar".
Qeyd edək ki, yanvarda "Qarabağ"ın U-15 komandasından ayrılmış Rakif Əliyev "Qəbələ"nin əsas komandasında analitik məşqçi kimi çalışırdı. Onun məvacibinin azaldılması klubdan ayrılmasına səbəb olub.

