Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Bakıdakı görüşə görə cəzalandırılmış 5 hakim bağışlandı – 4-ü Olimpiadada olacaq
    30.05.2024 17:37:47

    Ümumdünya Güləş Birliyi (UWW) Bakıda keçirilmiş Avropa Olimpiya Təsnifat Turnirində Frank Çamiso (İtaliya) – Turan Bayramov (Azərbaycan) görüşü ilə əlaqədar cəzalanmış hakimləri bağışlayıb.

    Prosport.Az-ın xəbərinə görə, onların verdikləri apellyasiya şikayətlərinə baxılıb.

    Həmin görüşün hakimlik rəsmiləri olan Aleksey Bazulin (Rusiya), Roman Pavlov (Ukrayna), Halil İbrahim Cicioğlu (Türkiyə), Kamel Buaziz (Tunis) və Keysi Qösslin (ABŞ) müraciətlərinə UWW Apellyasiya Komitəsi baxaraq burada qərəz olmadığı, sadəcə hakim səhvləri olduğu barədə qərar çıxarıb. İş yenidən UWW İntizam Komitəsinə baxılması üçün göndərilib.

    İntizam Komitəsi isə həmin görüşdə Hakimlər Komissiyasının nümayəndələri olan Buaziz (həmçinin, Hakimlər Komissiyasının vitse-prezidentidir – red.), Cicioğlu və Qösslin cəzasını 31 mayadək azaldıb. Onlar Olimpiadada yalnız xalça hakimləri üzrə sədr ola bilər. Həmin görüşdə xalça hakimləri üzrə sədr olmuş Bazulinə qarşı da cəza 31 mayadək azaldılıb. O isə Olimpiadada yalnız hakim kimi fəaliyyət göstərə bilər. Həmin görüşdə xalça hakimi olmuş Pavlovun cəzası isə 30 sentyabradək endirilib.

    Qeyd edək ki, əvvəl Roman Pavlov və İbrahim Cicioğlunun cəzası 31 dekabradək, Aleksey Bazulin, Kamel Buaziz və Keysi Qösslin cəzası 30 iyunadək nəzərdə tutulmuşdu. Yalnız kənar hakim Ali Sayvan (İraq) barədə yeni qərar çıxarılmayıb. Onun cəzası 30 sentyabradək nəzərdə tutulub.

    Səbuhi Musa

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved