Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Rəhbərlik heç bir səbəb göstərmədən mənimlə yolları ayırdı" – Ayxan Abbasov
    30.05.2024 13:29:08

    İki gün öncə “Turan Tovuz” klubunun baş məşqçisi vəzifəsindən ayrılan Ayxan Abbasov Azərtac-ın suallarını cavablandırıb.

    Prosport.Az həmin müsahibəni təqdim edir.

    – Mətbuata açıqlamanızda “Turan Tovuz”dan rəhbərliyin istəyilə ayrıldığınızı bildirmisiniz. Bir az detallı məlumat verə bilərsiniz? Hər şey necə baş verdi?
    – Klub tərəfindən qəbul olunan qərar idi. Rəhbərlik heç bir səbəb göstərmədən mənimlə yolları ayırdı. Sadəcə, gələcək üçün müəyyən addımlar atacaqlarını, başqa planlarının olduğunu bildirdilər. Buna baxmayaraq, mən tərəfdən heç bir narahatlığa əsas yoxdur. Bu vaxta kimi çalışdığım bütün klubların rəhbərlərinə öncədən demişəm ki, nə zaman getməyimi istəsələr, buna hazıram. Ölkə çempionatı bitən kimi söhbətimiz oldu. Amma dediyim kimi, mənə heç bir səbəb göstərmədilər. Bəlkə də klubun rəhbər şəxsləri öz aralarında danışıb, nələrisə müzakirə edərək bu qənaətə gəlib. Mənim isə heç nədən xəbərim olmayıb.

    – Yəni, qərar sizin üçün də gözlənilməz oldu...
    – Əlbəttə, çox gözlənilməz oldu. Çünki biz 3 illik müqavilə imzalayaraq bu yola çıxmışdıq. İşlərimizi də buna uyğun qururduq. Hətta son günə kimi bəzi yerli futbolçularla razılığa gəlmək üzrə idik. Başqa futbolçularla danışıqlar da aparırdıq. Təbii ki, bu qərarı heç gözləmirdim. Lakin normal şəkildə sağollaşdıq. Çünki hörmət etdiyim insanlardır. Qarşılıqlı razılıq əsasında ayrıldıq. Onlar öz fikirlərini bildirdilər, mən isə bunu normal qarşıladım.

    – “Kəpəz”lə oyundan sonra klubun rəhbəri Ehtiram Quliyev “Turan Tovuz”un növbəti mövsüm avrokuboklara vəsiqə uğrunda oynayacağını bildirmişdi. Siz isə mətbuat konfransında buna cəhd edəcəyinizi söyləmişdiniz. Bəlkə ayrılığa məhz bu amil təsir göstərib?
    – Biz ötən mövsüm Azərbaycan Kubokunun yarımfinalınadək irəlilədik. Avrokuboklara vəsiqə uğrunda şansımız var idi. Bu mövsümün müzakirəsini aparmışdıq və qərara gəlmişdik ki, daha iddialı olmalıyıq. Yekunda 6-cı pilləni tutduq, son 5 turda gücümüz çatmadı. Amma gələn ilin planını elə qurmuşduq ki, son turlarda gücümüz çatacağı şəkildə oynayaq. Avrokubok barədə də razılaşmadığımız hər hansı söhbət olmamışdı.

    – Məşqçi karyeranızda bir neçə dəfə bu halla üzləşmisiniz. Komandanı müəyyən səviyyəyə gətirib çıxarmısınız, amma sonra sizinlə yollar ayrılıb...
    – Düşünürəm ki, normal haldır. Məşqçi üçün bu yolu keçmək, əlbəttə ki, çətindir. İllərlə bir klubda işləyəndə daha rahat olur. Digər komandalarda bundan da çox işləmişəm. Demək olar ki, hər klubda 3 ilə yaxın əziyyət çəkmişəm. Nəticə də göz qabağındadır. “Turan Tovuz” kimi bir klubda 2 mövsüm işləmək də asan deyildi. Statistikaya baxsaq, görərik ki, bu komanda həm Premyer Liqada, həm də I Liqada ən çox məşqçi dəyişən klubdur. Bunun da səbəbi odur ki, orada azarkeş kütləsi çoxdur. Çətin də olsa, həmin təzyiqlərə dözmək, tənqidləri peşəkar şəkildə qəbul etmək lazımdır.

    – Sizcə, tovuzlu azarkeşlər komandaya rəhbərlik etdiyiniz 2 mövsümdə sizi necə xatırlayacaq?
    – Sevindiyim məqam odur ki, bu 2 il ərzində heç vaxt düşmə zonasında olmadıq. Ən çətin anlarda belə biz bunu yaşamadıq. Halbuki bizdən daha böyük klublar bu aqibətlə üzləşib. “Turan Tovuz”a rəhbərlik etdiyim müddətdə azarkeşləri sevindirmişik. Düşünürəm ki, bundan da pis ola bilərdi. Klubun yaxşı rəhbərliyi var, onlara uğurlar arzu edirəm. Əsas odur ki, bu qərardan gileylənmirəm. Burada futbolçu kimi də çıxış etmişəm. Fikrimcə, “Turan Tovuz”a kifayət qədər xeyrim dəyib.

    – Gələcək planlarınız nədən ibarətdir?
    – Təkliflər gələrsə, əlbəttə ki, dəyələndirəcəyəm. Bu mənim işimdir. Bununla bağlı hər hansı narahatlığım da yoxdur. İş xatirinə hansısa təklifi də qəbul etmək fikrində deyiləm. Həmin komandanın iş prinsipi, yanaşma tərzi önəmlidir.

    Futbol

    Azərbaycan millisi Bəhreynlə üz-üzə

    6.06.2026 13:19:18
    Futbol

    Ayxan Abbasov dalaşan futbolçuları millidən kənarlaşdırdı

    6.06.2026 12:53:21
    Futbol

    Emin Mahmudov daha 2 il "Neftçi"də - Maaşı 50 faiz azaldıldı

    6.06.2026 11:42:33
    Futbol

    Əliyar Ağayevin idarə etdiyi oyunda 5 qol

    6.06.2026 11:14:23
    Futbol

    Millimizin rəqibi Banqladeşə uduzdu

    6.06.2026 10:43:52
    Futbol

    Marko Yankoviç oynadı, komandası heç-heçə etdi

    6.06.2026 10:01:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan millisi Bəhreynlə üz-üzə

    6.06.2026 13:19:18

    Ayxan Abbasov dalaşan futbolçuları millidən kənarlaşdırdı

    6.06.2026 12:53:21

    Millimiz Bakıda Yunanıstana qarşı

    6.06.2026 12:22:33

    Emin Mahmudov daha 2 il "Neftçi"də - Maaşı 50 faiz azaldıldı

    6.06.2026 11:42:33

    Əliyar Ağayevin idarə etdiyi oyunda 5 qol

    6.06.2026 11:14:23

    Millimizin rəqibi Banqladeşə uduzdu

    6.06.2026 10:43:52

    Marko Yankoviç oynadı, komandası heç-heçə etdi

    6.06.2026 10:01:57

    "Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim" - Ayxan Abbasov

    6.06.2026 09:00:17

    Sadıq Sadıqovun ölümünün səbəbi "TikTok"da yayılan videolar imiş

    6.06.2026 00:43:16

    Millimiz Malta ilə bacarmadı

    5.06.2026 23:55:46

    "İşimiz asan olmayacaq" - Zaur Həşimov

    5.06.2026 23:12:44

    Basketbol millimiz Dünya Kubokunun 1/4 finalında

    5.06.2026 22:45:03

    Millimizdə ciddi itki: 8-ci dəqiqədə zədələndi

    5.06.2026 22:19:00

    Sadıq Sadıqov vəfat etdi – SON DƏQİQƏ

    5.06.2026 21:57:21

    Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTOLAR

    5.06.2026 21:11:36
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved