Azərbaycanın 12 idmançısı Bakıda keçirilən qrapplinq üzrə U-17, U-20 və böyüklər arasında Avropa çempionatında medal qazanıb.
Prosport.Az xəbər verir ki, Eldar Məmmədov (130 kq) gümüş, Vahid Ələkbərovla (58 kq) Vasif Səfərbəyov (100 kq) isə bürünc mükafata yiyələniblər.
No-gi versiyasında (kimonosuz) isə qızlardan ibarət millimizdə Röya Abdullayeva (52 kq) qızıl, Səidə İbişova (43 kq) gümüş, Aysu Əliyeva (43 kq), Leyla Abdullayeva (46 kq) və Fidan Paşayeva (49 kq) isə bürünc medal qazanıblar.
U-17 oğlanlar arasında Taleh Əhmədli (39-42 kq), Elnur Salahov (46 kq) gümüş, Rəvan Ağayev (39-42 kq) və Davud Babayev (46 kq) bürünc medala sahib olublar.
Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunan Avropa çempionatına mayın 30-da yekun vurulacaq.

