Avrokuboklara vəsiqə qazana bilməyən "Səbail"də büdcə azaldılıb.
Prosport.Az-ın xəbərinə görə, bazar ertəsi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-də iclas baş tutub. ASCO-nun İdarə Heyətinin və "Səbail" klubunun Müşahidə Şurasının sədri Rauf Vəliyev büdcənin ötən mövsümlə müqayisədə azaldılması barədə qərar verib.
Bundan başqa, qərara alınıb ki, iyunun 30-da müqaviləsi başa çatan Şahin Diniyevlə növbəti mövsüm də əməkdaşlıq edilsin.

