Yeni mövsümdə I Liqada çıxış edəcək “Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, Ülvi İsgəndərov “qırmızı-qaralar”ı “Araz-Naxçıvan”a dəyişib.
26 yaşlı hücumçu Naxçıvan təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, karyerası ərzində “Qəbələ” və “Sumqayıt” klublarında çıxış edən 26 yaşlı vinger 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinib.
Xatırladaq ki, “Araz-Naxçıvan” bu gün “Qəbələ”dən ayrılan digər futbolçu Urfan Abbasovu da transfer etdiyini açıqlayıb.

