"Qarabağ" klubu cari mövsümdə Azərbaycan Kubokunda 19 qola imza atıb.
Prosport.Az xəbər verir ki, son 16 mövsümdə ilk dəfə belə məhsuldarlıq qeydə alınıb.
Ağdam təmsilçisi 2007/2008 mövsümündə də bu qədər qol vurub. Sadəcə, həmin vaxt “Xəzər Lənkəran” 27 qola sevinib. “Neftçi” və “İnter” (indiki “Şamaxı”) 19 dəfə fərqlənib.

